Xəbərlər

Əsas səhifə

"AĞ ÖLÜM"LƏ MÜBARİZƏ

15.04.2014

Bakı Şəhər BPİ NMİ, Yasamal RPİ NMB, CAŞ və Xətai RPİ NMB əməkdaşları narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində davam edən əməliyyat tədbirləri zamanı ayrı-ayrı şəxslərdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər. 

Bakı şəhər BPİ NMİ əməkdaşlarına Cabbar adlı şəxsin narkotik vasitələrin satışı və isòifadəsilə məşüul olması barədə əməliyyat məlumatı daxil olub. Məlumat dəqiqləşdirildikdən sonra bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı cinayətdə şübhəli bilinən Cabbar Cabbarov “Kubinka” adlanan ərazidə yaxalanıb. Onun üzərinə baxış keçirilərkən 480 qram marixuana aşkarlanıb. 

İdarənin əməkdaşı, polis kapitanı İslam İmanovun sözlərinə görə C.Cabbarov dindirmə zamanı narkotik vasitəni Xızı rayonunda tanımadıüı şəxsdən əldə etdiyini və müştəri tapacaüı təqdirdə 2000-2500 manata satmaq istədiyini bildirib. Qeyd edək ki, C.Cabbarov əvvəllər dəfələrlə oüurluq və narkotik cinayətlərinə görə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə həbsdən 2011-ci ildə buraxılıb.

* * *

Narkotik vastələrin satışında və istifadəsində şübhəli bilinən digər şəxsi Yasamal RPİ NMB və CAŞ-ın əməkdaşları yaxalayıb. İdarəyə daxil olan əməliyyat məlumatında İran vətəndaşının Yasamal rayonuna satış məqsədilə narkotik gətirməsi bildirilib. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan NMB əməkdaşları sözügedən İran vətəndaşı Şiri Məcidi “İnşaatçılar” metrostansiyasının yaxınlığında yaxalayıb.

Keçirilən əməliyyat tədbiri barədə danışan idarənin əməkdaşı, polis baş leytenantı Ceyhun Qasımovun sözlərinə görə, yaxalanan Şiri Məcidin üzərindən 1 kiloqrama yaxın tiryək aşkarlanıb. 

Araşdırma zamanı onun yük gəmisi ilə paytaxta gəldiyi məlum olub. Eyni zamanda məlum olub ki, Ş.Məcid həmin gəmidə əlavə narkotik vasitə gizlədib. Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə gəmiyə baxış keçirilərkən 300 qram marixuana və 0,009 qram metadon məhlulu aşkarlanıb. Şiri Məcid həmin narkotik vasitəyə müştəri tapacağı təqdirdə 2-3 min manata satacağını bildirib. 

* * *  

Xətai RPİ NMB əməkdaşları narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Masallı rayon sakini Rufiz Rüstəmovu yaxalayıb. Saxlanılan şəxsin üstündən bir neçə bağlamada ümumi çəkisi 2 kiloqram 505 qram olan heroin aşkarlanıb. Əvvəllər dəfələrlə AR CM-nin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşamış R.Rüstəmov azadlığa çıxdıqdan sonra öz çirkin əməllərindən əl çəkməyib. Sonuncu dəfə Masallı rayonunda əldə etdiyi külli miqdarda heroini satmaq məqsədilə Bakı şəhərinə gətirib. R.Rüstəmov heroini satmaq üçün müştəri axtarışınà çıxaraq “Xətai” metrostansiyasının yaxınlığına gəlib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində Rufizin asan gəlir etmək arzusu ürəyində qalıb.

Hər üç faktla bağlı müvafiq rayon polis idarələrində cinayət işi açılıb, narkotik maddələrin mənbəyinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.