DİO-da xidmətə qəbul qaydaları

Əsas səhifəFaydalı məlumatlar

Daxili işlər orqanında xidmətə qəbul

Daxili işlər orqanlarında xidmətə könüllülük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədris müəssisələrinə yaşı 18-ə çatmamış orta təhsilli şəxslər də qəbul edilə bilərlər. Maliyyə, təsərrüfat, kriminalistik təhqiqatlar, tibb xidmətlərinə, həmçinin mühəndis-proqramçı, tədris müəssisələrində orta və böyük rəis heyəti vəzifələrinə yaşı 35-dək olan şəxslər qəbul oluna bilərlər. Zərurət yarandıqda tədris müəssisələrinə və digər xidmət sahələrinə yaşı 40-dək olan elmi dərəcəyə malik mütəxəssislər qəbul oluna bilərlər. Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqə test imtahanlarından və söhbətdən ibarətdir). Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Orta və böyük rəis heyəti vəzifələrində xidmətə bir qayda olaraq xüsusi, orta ixtisas və ali hüquq təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarında xidmət etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları DİO-a qəbulla bağlı sənədlərini şəxsən təqdim etməlidirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə  orqanlarından xaric edilmiş şəxslər daxili işlər orqanlarında xidmətə qəbul oluna bilməzlər. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əsasən Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxs aşağıdakı sənədləri şəxsən polis orqanına təqdim edir:

1) şəxsi ərizə (Əlavə №1)

2) şəxsiyyətini təsdiq edən sənəd;

3) əmək kitabçası;

4) hərbi bilet;

5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;

6) tərcümeyi-hal;

7) yaxın qohumları və himayəsində olan şəxslərin anadan olduğu, iş (təhsil) və yaşayış yeri haqqında məlumatlar.

Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin sənədləri, həmçinin onların və yaxın qohumlarının haqqında məlumatlar Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılır. Zəruri hallarda xidmətə qəbul olunan şəxs barədə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.

Daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlığı və sağlamlığı Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.

Daxili işlər orqanlarında xidmətə qəbul müsabiqə və şəffaflıq əsasında həyata keçirilir (müsabiqədə test imtahanlarından və müsahibədən ibarətdir). Müsabiqənin elan edilməsi keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilir. kili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına baraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol vermiş ciddi nöqsanlara, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına, ləyaqətsiz hərəkətinə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də konkret vəzifələrdə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqənin şərlərinə uyğun uyğun gəlməyən, habelə yaşı 20-dən aşağı 30-dan yuxarı şəxslər tərəfindən veilmiş sorğunun qəbul edilməsindən imtina edilir.

Həmçinin ərizə tam doldurulmadıqda, təqim olunmuş sənədlərdə və məlumatlarda çatışmamazlıq aşkar edildikdə, müraciətin qəbul edilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir və ya telefon vasitəsi ilə məlumat verilir.

"Azərbaycan Respublikasının daxili işlər orqanla-rında xidmət keçmə haqqında Əsasnamə"nin 12-ci bəndinə əsasən daxili işlər orqanlarına xidmətə qəbul üçün müraciət edən şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin daxili işlər orqanlarına xidmətə qəbul olunmaması üçün əsasdır.

           
DİO-ya xidmətə qəbulla əlaqədar test imtahanlarının proqramı

DAXİLİ İŞLƏR ORQANLARININ ORTA RƏIS HEYƏTİ VƏZİFƏLƏRINDƏ XİDMƏTƏ QƏBUL ÜZRƏ MÜSABİQƏNİN TEST İMTAHANLARININ PROQRAMI

(hüquqşünaslar  üçün)

Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə müsabiqənin test imtahanları mərhələsində namizədlər məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən sualları cavablandırmaqla yanaşı, aşağıdakı qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə mükəmməl hazırlıq nümayiş etdirməlidirlər:

1) Qanunvericilik aktları:


• Azərbaycan Respublikasının Konstitusiyası.

• Azərbaycan Respublikasının Cinayət Məcəlləsi.

• Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.

• Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

• Azərbaycan Respublikasının Seçki Məcəlləsi.

• BMT-nin "İnsan hüquqları haqqında" Ümumi Bəyannaməsi.

• "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

• Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu.

• "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu.

• "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Qanunu.  

2) Nəzəri bilik sahələri:

• Dövlət və hüquq nəzəriyyəsi.

• Kriminalistikanın əsasları.

• Kriminalogiyanın əsasları.

                                                     

DAXİLİ İŞLƏR ORQANLARINA XİDMƏTƏ QƏBUL ÜÇÜN FİZİKİ HAZIRLIQ ÜZRƏ MİNİMAL NORMATİVLƏR

Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının 30 yaşına qədər olan əməkdaşları üçün müəyyən edilmiş tapşırıqlar və normativlər əsasında yoxlanılır. Bu tapşırıqlar və onların yerinə yetirilməsi üzrə minimal normativlər:

Kişilər üçün

Qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 (min) metrə - 4 dəqiqə;

Turnikdə dartınma: çəkisi 80 kiloqramadək - 10 dəfə, çəkisi 80 kiloqramdan yuxarı - 6  dəfə;

Qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə;

Gövdənin döşəmədən qaldırılıb-endirilməsi-20 dəfə.