Haqqımızda

Əsas səhifə


 
BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli hökumətinin tərkibində 9 nazirlikdən biri kimi Daxili İşlər Nazirliyi yaradıldı.

May ayının 29-da bütün yerlərdə əvvəlki mövcud DİO buraxılaraq yerində yeni Daxili İşlər Nazirliyinin ilk strutukları, o cümlədən Bakı şəhər DİO və onların rəhbərləri müəyyən edildi. Bakı şəhər DİO-ı ilk və başlıca vəzifəsi sabitliyi qorumaq, hüquqi və birgəyaşayış qaydalarına nail olmaq, dini mənsubiyyətindən aslı olmayaraq vətəndaşların həyatını və əmlakını mühafizə etmək, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütövlüyünə, suverenliyinə, müstəqilliyinə qəsd etməyə çalışan hər hansı daxili və xarici qüvvələrə qarşı mübarizə aparmaq hesab olunurdu.

Bakıda buraxılaraq yerində yaradılan yeni DİO Bakı və onun ətrafına nəzarət edirdi.

1918-ci il iyunun 17-də ikinci hökumət kabineti yarandı. Həmin hökumət kabineti 13 nazirlikdən ibarət idi. Behbudağa Cavanşir ilk Daxili İşlər Naziri təyin edildi. Onun dövründə Bakı polismeysterliyi Balaxanı-Sabunçu polismeysterliyi ilə birləşdirilir. Bu da əsasən neft sənayesinin milliləşdirilməsi ilə bağlı idi. Bu dövrün cinayətkarları arasında ermənilər çoxluq təşkil edirdi. Özü də onların əksəriyyəti saxta pul kəsməklə məşğul olurdular.

1920-ci il aprelin 27-də 23 ay hakimiyyətdə olan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən süquta yetirilir. Respublikada bütün polis orqanları, o cümlədən Bakı polisi yenidən qurulur və "Polis" sözü "Milis" sözü ilə əvəz edilir. Lakin polis orqanları qarşısında duran vəzifələr yeni milis orqanları yaradılsa da dəyişmir. Bakı DİO-nun ilk milis rəisi Hənifə Hüseynov olur. 1991-ci ildə  Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra DİO yenidən qurulur və onun sıralarında çalışanlar "Polis''  adlandırılır.

1941-45-ci illərdə faşizmlə mübarizədə Bakı Polis Qarnizonunun 350 nəfərdən çox əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə Bakı şəhər Daxili işlər orqanları 31 şəhid vermiş, 3 nəfər itkin düşmüş, 150 əməkdaş isə əlil olmuşdur. Döyüşlərdə 1726 nəfər iştirak etmişdir.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlara, əhalinin təhlükəsizliyini təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin qorunmasında xüsusi ilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə Bakı Polis Qarnizonunun 5 nəfər əməkdaşına "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" fəxri adı verilmiş, 35 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 120 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.