Rəhbərlik

Əsas səhifəHaqqımızda

Bakı şəhər Baş Polis İdarəsinin rəisi
polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu

1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə DİN-in Miqrasiya Xidmətinin rəis müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 

Ailəlidir. Üç övladı var.

 


 Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
polis general-mayoru Həsənov Elxan İslam oğlu

1959-cu ildə Ermənistan Respublikasının Yerevan şəhərində anadan olmuşdur.
1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.1980-1982-ci illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir.

1986-cı ildə daxili işlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. DİN-in Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov RPİ-nin rəisi vəzifələrində işləmişdir.

İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilmiş, 2009-cu ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, iki övladı var.



 Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
polis general-mayoru Bağırov Səhlab Əloş oğlu


1963-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir.
1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1994-cü ildən daxili işlər orqanlarında xidmətə başlamış, müxtəlif vəzifələrdə işləmişdir. Nərimanov RPİ-nin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə”  medalı, 2011-ci ildə isə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. 2013-cü ildə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.

Ailəlidir, üç övladı var.



Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
polis general-mayoru Şirinov Həsən Kamil oğlu

1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1971-1973-cü illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir.
1978-ci ildə Azərbaycan Texniki Universitetinin avtomobil və avtomobil təsərrüfatı, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini və 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
 
1980-ci ildə daxili işlər orqanlarında xidmətə başladığı vaxtdan müxtəlif məsul vəzifələrdə çalışmışdır. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayonu dövlət avtomobil müfəttişliyi bölmələrinin, Naxçıvan Muxtar Respublikası DİN-in Dövlət Avtomobil Müfəttişliyi Şöbəsinin, 1994-2010-cu illərdə isə Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləmişdir.

Daxili işlər orqanlarında xidməti vəzifəsinin icrasını layiqincə yerinə yetirməsi nəzərə alınaraq müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.