KRİMİNAL XRONİKA
Əsas səhifəPolis əməkdaşlarının sayıqlığı və operativliyi ilə ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb
04.08.2023
Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Göyçay rayon sakini H.Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.
Polis Bölməsində aparılan araşdırmalarla onun həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.