KRİMİNAL XRONİKA
Əsas səhifəSuraxanı rayonunun Qaraçuxur qəsəbəsində iki nəfərin pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən E.Əmiraslanov saxlanılıb
06.04.2023
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində usta işləyən iki nəfərin pul və mobil telefonlarını işlədikləri yerdən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Əmiraslanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.