KRİMİNAL XRONİKA
Əsas səhifəNərimanov rayonunda avtobusda sərnişinin cibindən oğurluq etməkdə şübhəli bilinən N.Məlikov saxlanılıb
06.04.2023
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində marşrut avtobusunda bir sərnişinin cibindən üzlüyündə pul, şəxsiyyət vəsiqəsi və kartlar olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məlikov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.