KRİMİNAL XRONİKA

Əsas səhifə

Silsilə oğurluq cinayətlərində şübhəli bilinərək saxlanılan X.Şəmsiyevdən heroin aşkar olunaraq götürülüb

03.04.2023

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 5 nəfərin mobil telefonlarını, 3 nəfərin isə cüzdanlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Şəmsiyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. 
Araşdırma aparılır.