KRİMİNAL XRONİKA

Əsas səhifə

Sürücünü bıçaqla hədələyib 450 manatını talamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Bağırzadə saxlanılıb

03.04.2023

Aprelin 3-də günorta saatlarında Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyib 450 manatını talaması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini C.Bağırzadə müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.