KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov rayonu A.Nemətulla küçəsində yol-nəqliyyat hadisəsi

02.04.2023

Aprelin 2-də saat 21 radələrində Nərimanov rayonu A.Nemətulla küçəsində Bakı şəhər sakini E.Həsənli idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi S.Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.