KRİMİNAL XRONİKA

Əsas səhifə

Buzovna qəsəbə sakini R.Osmanova qarşı quldurluq etməkdə şübhəli bilinən S.Şabiyev saxlanılıb

18.03.2023

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 17-də Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini R.Osmanovu bıçaqla hədələyib quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şabiyev saxlanılıb. 
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.