KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov rayonu ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev saxlanılıb

21.02.2023

Fevralın 21-də saat 5 radələrində Nərimanov rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini H.Abdullayev avtomobillə saxlanılıb. Avtomobil sahibinə qaytarılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.