KRİMİNAL XRONİKA

Əsas səhifə

Hövsan qəsəbəsi sakini M.Əzimovu idarə etdiyi avtomobillə vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

19.02.2023

Fevralın 19-da saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini M.Əzimovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə 30-cu Polis Şöbəsinə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü K.Nəsrullayev saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.