KRİMİNAL XRONİKA

Əsas səhifə

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

07.02.2023

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.
Araşdırmalar davam etdirilir.