KRİMİNAL XRONİKA

Əsas səhifə

Zirə qəsəbəsi ərazisində su təsərrüfatının elektrik naqilini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

21.01.2023

Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində su təsərrüfatının elektrik tənzimləyicisinə gedən elektrik naqilinin 396 metrinin qeyri-aşkar şəraitdə oğurlanması barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Şirinov, Şəki rayon sakini S.Süleymanov və Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Əliabbasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.