KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakıxanov qəsəbəsindəki parkda quldurluq etməkdə şübhəli bilinən V.Pirməmmədov saxlanılıb

20.01.2023

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki  parkda bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub. 
N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini,  əvvəllər məhkum olunmuş 40 yaşlı V.Pirməmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.