KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb

20.01.2023

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.   
Belə ki, yanvarın 19-da “Toyota” markalı bir avtomobildən 15.000 manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomlobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar – R.Məmmədov və R.Məlikov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.