KRİMİNAL XRONİKA

Əsas səhifə

Narkotiklərin qanunsuz dövriyyəsinə görə axtarışda olan E.Tağıyev saxlanılıb

28.10.2022

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) axtarışda olan Bakı şəhər sakini E.Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 104 qrama yaxın heroin və 16 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.