KRİMİNAL XRONİKA

Əsas səhifə

Məktəbliyə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Həsənov saxlanılıb

29.10.2022

Nərimanov rayonu ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Həsənov saxlanılıb
Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini S.Həsənov müəyyən olunaraq saxlanılıb.