KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonu ərazisində mağazadan pul və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən T.Budaqov saxlanılıb

26.10.2022

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini T.Budaqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.