KRİMİNAL XRONİKA

Əsas səhifə

Avtomobildən 30000 manat pul oğurlamaqda şübhəli bilinən X.Mustafayev saxlanılıb

09.09.2022

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub.  
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Mustafayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.