KRİMİNAL XRONİKA
Əsas səhifəBakı şəhər sakininin cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
06.09.2022
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Bakı şəhər sakini P.Məmmədovun içərisində 350 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini F.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.