KRİMİNAL XRONİKA

Əsas səhifə

Soyğunçuluqda şübhəli bilinən Xırdalan şəhər sakini M.Məmmədov saxlanılıb

04.08.2022

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də X.Həsənovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağısını almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.