KRİMİNAL XRONİKA

Əsas səhifə

2000 manat dəyərində diaqnostika aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb

08.08.2022

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən avtomobillərin təmiri sexlərinin birindən 2000 manat dəyərində diaqnostika aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Mustafayev və E.Vəliyev saxlanılıb.
Ətraflarında aparılan tədbirlərlə onların Suraxanı rayonu ərazisində istirmara yararsız bir avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaları da müəyyən edilib.