KRİMİNAL XRONİKA

Əsas səhifə

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadə saxlanılıb

06.07.2022

Xətai RPİ-nin 35-ci Polis Bölməsinə iyulun 4-də Bakı şəhər sakini A.Ağayevin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadə müəyyən edilərək saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.