KRİMİNAL XRONİKA

Əsas səhifə

Xocəsən qəsəbəsi ərazisində quldurluq törətməkdə şübhəli bilinən F.Kələntərov saxlanılıb

01.07.2022

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Xocəsən qəsəbəsi ərazisində Salyan rayon sakini N.Paşayevin 80 manatının, mobil telefon, qol saatı və qulaqcığının quldurluq yolu ilə talanması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kələntərov müəyyən edilərək saxlanılıb. 
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.