KRİMİNAL XRONİKA
Əsas səhifəPolis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
07.07.2021
Abşeron RPİ-yə iyulun 5-də Digah qəsəbəsi ərazisində qəsəbə sakini İ.Məmmədovanın içərisində 300 manat pul, mobil telefon, eynək, açar dəsti və sənəd olan pulqabısının açıq talama yolu ilə aparılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri A.İbrahimzadə, Göyüş Vəliyev və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılmışlar.