KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının...

24.05.2021

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 11-nə keçən gecə Babək prospektində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin üzərindən 700 manat dəyərində 2 ədəd qranit güldan oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar - V.Quliyev və S.Səmədov saxlanılmışlar.

Nəsimi RPİ 22-ci PŞ və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini R.Əhmədov saxlanılmışdır.

Mayın 23-də saat 15 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Ş.Mehdiyev idarə etdiyi “Daewoo” markalı avtomobillə velosiped sürən qəsəbə sakini Aydın Tarverdiyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Tarverdiyev bir gün sonra orada ölmüşdür. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.