KRİMİNAL XRONİKA
Əsas səhifəQuldurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
28.02.2021
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini P.Miqunov fevralın 28-də Azadlıq prospektində bir nəfərin onu bıçaqla hədələyib 272 manat pulunu aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.