KRİMİNAL XRONİKA
Əsas səhifəNəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən...
24.02.2021
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Z.Əsədov fevralın 23-də Zərdabi küçəsindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş E.Rüstəmov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.