KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

03.10.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Buzovna qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin bacısı, Sabirabad rayon sakini S.Nəsirova saxlanılmışdır. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zəncirini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Bəhruz Cəfərov və Rövşən Dadaşov saxlanılmışlar. 

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-dən sentyabrın 27-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən maqnitofon və yan güzgüləri, habelə 1 həyətdən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Ceyhun Yarıyev saxlanılmışdır. 

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən avqustun 13-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 150 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılmışdır. 

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil  qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib. Araşdırma aparılır.