KRİMİNAL XRONİKA

Əsas səhifə

riminalistik Tədqiqatlar İdarəsi və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

13.09.2018

Kriminalistik Tədqiqatlar İdarəsi və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 8-dən sentyabrın 3-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 24-də rayon ərazisindəki evlərin birindən 38 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Əhədov saxlanılmışdır.

Nəsimi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Azər Bağırovdan “Beretta-8000” markalı tapança və 19 ədəd patron götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-dən iyunun 6-dək olan müddətdə rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqust ayında paytaxt sakini olan daha bir nəfərə məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Şahmurad Xudaverdiyevin ətrafında Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 12-də rayon ərazisindəki dərzi sexlərinin birindən 400 manat oğurlaması da müəyyən edilmişdir.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də rayon ərazisindəki oyun zallarının birindən 9 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Soltanzadə saxlanılmışdır.