KRİMİNAL XRONİKA

Əsas səhifə

Avqustun 2-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki mağazalardan birinə...

03.08.2018

Avqustun 2-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki mağazalardan birinə gəlmiş naməlum şəxs satıcı M.Şahbazovaya zor tətbiq edib kassadan 10 manat pul aparmışdır. Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Talıbov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Sərdar Pənahovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 mağazadan pul, mobil telefon, telefon aksesuarları və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.
Avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ü.Şahvələdovun “Nissan” markalı avtomobilindən mobil telefon oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov saxlanılmışdır.

Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Mais Eminov tapdığı nömrəsi silinmiş “Revolver” tipli tapancanı və ona aid 40 ədəd patronu könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil vermişdir.