KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 10-da rayon ərazisindəki...

12.07.2018

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  iyulun 10-da rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən mobil telefon və 120 kiloqram əlvan metal oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Azad Əliyev saxlanılmışdır.

İyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır. 

İyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun  Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.