KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs...

27.11.2017

Noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.  Polis və prokurorluq orqanları əməkdaşlarının  keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.