KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən...

23.10.2017

Oktyabrın 18-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Əhmədova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bakı Şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti, Suraxanı RPİ 32-ci PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Ağarza Bağırov Nərimanov rayonu ərazisində tutulub. Qeyd edilən avtomobil Salyan rayonunun Noxudlu kəndində yaşayan Qədir Nuriyevin həyətində tapılıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki evlərin birindən 1600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Ərzanalıyev tutulub.

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Mahir İsgəndərov Yasamal rayonu ərazisindəki qəbristanlıqdan tapdığı “Naqan” markalı tapançanı və 2 ədəd 7,62 çaplı patronu könüllü olaraq 28-ci PB-yə təhvil verib. 

Sentyabrın 27-də  Yasamal rayonu ərazisində 1 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Hüseynzadə Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən tutulub.