KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının...

28.09.2017

Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Fərid Mikayılovun 300 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Zəngilan rayon sakini Heyrət Bayramov tutulub.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Bakı şəhər sakini Nəzirə Hüseynovaya məxsus “KİA” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Əlizadə tutulub. 

Sentyabrın 25-də Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub. Yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Tutarlı sübutlar qarşısında onlar törətdikləri əməli etiraf ediblər.  Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.