KRİMİNAL XRONİKA

Əsas səhifə

Sentyabrın 22-də Nəsimi rayonunun D.Əliyeva küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini...

22.09.2017

Sentyabrın 22-də Nəsimi rayonunun D.Əliyeva küçəsində 2 naməlum şəxs Bakı şəhər sakini Rüfət Məmmədovun baş nahiyəsinə küt alətlə vurub 50 manat pulunu və mobil telefonunu alaraq aparıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş  Nəcəf Nəcəfov tutulub, digər şəxsin tutulması istiqamətində tədbirlər görülür.

Xəzər RPİ  1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 17-də Xeybər Hüseynova məxsus 4 baş qoyunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Mais Əliyev, Əli Quliyev və Rəfayel Göyçayev sentyabrın 22-də tutulublar.

Avqustun 18-də Bakı şəhər sakini Sənan Həsənova məxsus “VAZ-21099” markalı avtomobildən 2 ədəd səsgücləndirici və sənəd oğurlamaqda şübhəli bilinən  Tovuz rayon sakini Nəcəf Hüseynov Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 22-də tutulub.