Mətbuatda polis

Əsas səhifə

«Polis» qəzeti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbu orqanıdır. Həftədə bir dəfə (cümə axşamı günü) Azərbaycan dilində, A2 formatında, rəngli nəşr edilir.

«Polis» qəzeti ilk növbədə, daxili işlər orqanlarının fəaliyyəti, baş verən cinayətlər və təqsirkar qismində saxlanılan şəxslər barədə mütəmadi olaraq məlumatlar verir. Eyni zamanda, hüquq-mühafizə orqanları, polisin fəaliyəti ilə əlaqədar olan, Azərbaycan Prezidenti, Nazirlər Kabineti və Milli Məclis səviyyəsində qəbul olunan qanun və qərarlar, imzalanan sərəncamlar çap edilir və ehtiyac olduqda, bu sənədlərə şərh vermək üçün mütəxəssislərə müraciət olunur. Bundan başqa, Daxili İşlər Nazirliyində keçirilən tədbirlər, görülən işlər barədə məlumatlar da dərc edilir.

 

 
 
 
 
 

 


 MƏDƏNİ PİYADA, MƏDƏNİ SÜRÜCÜ OLMAQ
Yol nəqliyyat hadisələrinin artması son dövrün problemlərindən birinə çevrilib. Baxmayaraq ki, bu sahədə daha çox tədbirlər görülür, problemdən çıxmağın kompleks həllİ yolları axtarılır. Lakin yollarda baş verən qəza və ölüm sayını minimuma endirmək məsələsində mövcud çətinlikləri tam aradan qaldırmaq mümkün olmur.






 YOLLARDA HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Yol hərəkətinin təhlükəsizliyi üçün kompleks tədbirlər davam etdirilir. Əhalinin sıx məskunlaşdığı paytaxtda yeni yolların, yol qovşaqlarının çəkilməsi, yeraltı və yerüstü piyada keçidlərinin tikilib istifadəyə verilməsi də yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəlib. Keçirilən sorğular, aparılan təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsi əksər hallarda hərəkət iştirakçılarının intizamının səviyyəsindən asılı olur.




POLİS İNSAN HÜQUQLARININ KEŞİYİNDƏDİR


POLİS İCTİMAİ ASAYİŞİ LAYİQİNCƏ QORUYUR

Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması diqqət mərkəzindədir. Son illər isə bir sıra ağır cinayətlərin çəkisində davamlı şəkildə azalma təmayülü müşahidə olunur. Bu müsbət tendensiya cari ilin ötən dövründə də davam etmişdir.