KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb

16.06.2023

İyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə  talanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. 
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.