Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb
16.06.2023
İyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.