KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının...

26.05.2021

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisindəki psixoloji xidmət mərkəzindən 5300 manat dəyərində aypad (iPad), fotoaparat və 8 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov saxlanılmışlar.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Türkan qəsəbə sakini R.Sübhanova məxsus  həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.