Nəsimi RPİ 20-ci PB əməkdaşlarının...
26.05.2021
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisindəki psixoloji xidmət mərkəzindən 5300 manat dəyərində aypad (iPad), fotoaparat və 8 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov saxlanılmışlar.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Türkan qəsəbə sakini R.Sübhanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.