Xəbərlər
Əsas səhifəNərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən inşaat materiallarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
14.05.2024
Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Mirzəliyev və qardaşı R.Mirzəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.