Xəbərlər

Əsas səhifə

Paytaxt sakininin pulqabısını oğurlamaqda və bank kartından 300 manatı çıxarmaqda şübhəli bilinən şəxs saxlanılıb

29.03.2024

Sabunçu RPİ 13-cü Polis Şöbəsinə paytaxt sakininin içərisində bank kartları və sənədi olan pulqabısının oğurlanması, həmçinin kartından 300 manatın çıxarılması barədə məlumat daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Bağırov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.