Xəbərlər
Əsas səhifəBinəqədi rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
26.02.2024
Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.