Xəbərlər
Əsas səhifəNərimanov rayonunda saxta dövlət qeydiyyat nişanı ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb
29.01.2024
Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib. Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Piriyev Anar Fəqani oğlu saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində “77-AX-540” olduğu amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.