Xəbərlər
Əsas səhifəNəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini saxlanılıb
16.11.2021
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılmışdır.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılmışdır.
Nizami RPİ tərəfindən araşdırma aparılır.