KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.04.2025

Sabunçu rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək quldurluq etməsi barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.