KRİMİNAL XRONİKA
Əsas səhifəBinə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobili yandırmaqda şübhəli bilinən R.Nəzərov saxlanılıb
21.06.2024
İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Nəzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.